London polisi Solsberişəhərində olan zaman Sergey və qızı Yuliya Skripalınzəhərlənməsində şübhəli bilinən rusiyalı Aleksandr Petrov və Ruslan Boşirovun yeni videoyazılarını, həmçinin zəhərləyici maddənin olduğu flakonun şəkillərini yayıb.
Bu barədə Skotland-Yardınməlumatında bildirilir.
"Kamera qeydləri Aleksandr Petrov və Ruslan Boşirov ləqəbləri ilə məşhur olan iki şübhəlinin bazar günü, martın 4-də necə Solsberiyə gəldiklərini və yerləşdiklərini göstərir. Xüsusi hazırlanmış saxta ətir şüşəsi modellərinin fotoşəkilləri də təqdim olunur", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Rusiya "Skripal işi" ilə bağlı Britaniyaya nota verib.