23 Noyabr 2018 17:47
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Belarus arasında KTMT baş katibi məsələsi ətrafında yaranmış gərginliyi iki yola aradan qaldırmaq mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

Ekspert qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurası hökumət başçılarının görüşü üçün noyabrın 27-də Minskə gedəcək və orada tərəflər razılığa gələ bilərlər:

“Əgər Paşinyan Minskə gedərsə, əlbəttə ki, Lukaşenko ilə görüşəcək. Bu, dekabrın 6-da KTMT-nin zirvə görüşünü müzakirə etmək üçün yaxşı fürsətdir. Bu vəziyyətdə bir razılıq əldə etmək mümkündür.

Ancaq Paşinyanın bu tədbirdə iştirak edəcəyi hələ dəqiq deyil, çünki Ermənistan qanunvericiliyinə görə, iclasa baş nazirin birinci müavini vəzifəsini icra edən Ararat Mirzoyan qatılmalıdır”.

Sərkisyanın göstərdiyi ikinci ssenariyə görə, Paşinyan Minskə getməyəcək və bu, gərginliyin pik həddə qalxmasına təkan verəcək: “Bu halda dekabrın 6-da KTMT zirvəsində razılıq əldə etmək daha da çətinləşəcək. Beləliklə, yeni katibin seçilməsi prosesi uzanacaq və vaxt bizim xeyrimizə işləməyəcək.

Mən hesab edirəm ki, Lukaşenko hələ Paşinyana açıqlama verməyəcək və onunla ictimaiyyət qarşısında yox, bağlı qapılar araxasında danışacaq”.

Qeyd edək ki, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkodan Ermənistanla bağlı səsləndiriyi fikirlərə görə izahat tələb edəcəyini bildirib.

Lukaşenkonun “Ermənistan KTMT-yə rəhbərlik edəcək gücdə dövlət deyil” açıqlaması rəsmi İrəvanın narazılığına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər