23 Noyabr 2018 21:05
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karaxan Lev Mixailoviç sovet diplomatiya məktəbinin yetirməsidir. 1937-ci ildə güllələnən və milliyyətcə erməni olan sovet diplomatının sonuncu iş yeri SSRİ-nin Ankaradakı fövqəladə səfiri vəzifəsi olub.

Teleqraf.com müəmmalı erməni diplomatı haqqında məqaləni təqdim edir.

Karaxan 1889-cu ilin 20 yanvarında Gürcüstanın Kutaisi şəhərində doğulub. Tiflisdəki Real peşə məktəbini bitirib. 1910-1915-ci illərdə Sankt-Peterburq Universitetinin hüquq fakültəsinə daxil olub, amma universiteti bitirə bilməyib. Sonradan Tomski universitetini bitirib.

1904-cü ildə menşeviklərə qoşulub, partiyanın Xarbin və Sankt-Peterburqdakı fəaliyyətinə rəhbərlik edib. 1912-ci ildə xalq hərəkatını idarə edib. 1913-cü ildə Sankt-Peterburqda sosial demokratların (bolşevik və menşeviklərin) təşviqat və təbliğat işlərini aparıb, həmçinin təşkilati işlərə rəhbərlik edib.

Birinci Dünya müharibəsi başlayan kimi beynəlmilərçi siyasi xətti müdafiə edib. Həmçinin “Tekstilşikik”, “Raboçi Vedmosti” jurnalları, habelə gizli nəşr olunan “İrəli” adlı jurnalın fəaliyyətində iştirak edib. 1915-ci ilin yazında həbs edilərək Tomsk vilayətinə göndərilib. Fevral inqilabından sonra azadlığa buraxılıb və Sankt-Peterburq şəhər sovetinin üzvü olub. 1917-ci ildə Sankt-Peterburq sovetinin rəyasət heyətinə seçilib. Həmin ilin noyabrında Brest-Litovski sülh danışıqlarına gedən SSRİ nümayəndə heyətinin katibi olub. 1918-ci ilin martında Brest sülh razılaşmasını SSRİ tərəfdən imzalayıb.

1918-ci ilin martında SSRİ Xarici İşlər Komissarının müavini vəzifəsinə gətirilib. 1921-ci ilin mayından 1922-ci ilin oktyabrına qədər Polşada SSRİ-nin səlahiyyətli nümayəndəsi olub. 1922-1923-cü illərdə SSRİ Xarici İşlər Komissarlığında Şərq İdarəsinə rəhbərlik edib.

Lev Karaxan 1923-1926-cı illərdə Çində fəaliyyət göndərilib. Onun səyi nəticəsində Çinlə SSRİ arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 1925-ci ildə Pekindəki Yaponiya səfiri Kenkiti Yoshizava ilə danışıqlar aparan Karaxan qarşılıqlı əlaqələrin əsas prinsipləri haqqında Sovet-Yaponiya müqaviləsinin imzalanmasına nail olub. 1925-ci llin aprelində Lev Karaxan SSRİ-nin Pekindəki səfiri vəzifəsindən geri çağırılıb. 1926-1934-cü illərdə SSRİ Xarici İşlər Komissarlığında müavin vəzifəsində çalışıb.

1934-cü ildə Lev Karaxan SSRİ-nin Türkiyədəki fövqəladə səfiri vəzifəsinə təyin olunub.

Əslində Lev Karaxanın SSRİ Xarici İşlər Komissarlığında komissarın birinci müavini, nazirliyin Şərq İdarəsinin rəhbəri və nəhayət SSRİ-nin Ankaradakı səfiri kimi fəaliyyət göstərdiyi müddətdə azərbaycanlı və türklərlə bağlı hansı mövqedə dayanması müəmma olaraq qalır. Türkiyədə çox az mənbə Karaxanı SSRİ-Türkiyə münasibətlərində mühüm rol oynadığını qeyd edir. Hətta iddia edilir ki, Karaxan Atatürklə yaxın əlaqələr qura bilib. Ancaq SSRİ lideri İosif Stalin gürcü idi və erməniləri daha yaxından tanıyırdı. Məhz bu səbəbdən də, Stalinin göstərişi ilə Lev Karaxan 1937-ci ilin mayın 3-də Ankaradan Moskvaya çağırılır və dərhal həbs olunur. Hərbi Məhkəməyə çıxarılan diplomat özünü müdafiə etsə də, barəsində ölüm hökmü verilir. Ölüm hökmü çıxarıldığı gün icra olunur. Üç dəfə evlənən Karaxanın Cəsədi Don Monastırına aparılıb. 1956-cı ildə Stalin repressiyasının qurbanı kimi tanınıb.


Müəllif: Cavad

Oxşar xəbərlər