Səudiyyə Ərəbistanı olmasaydı, İsrail böyük bir təhlükənin içində qalardı.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
Tramp jurnalistlərə açıqlamasında İsrailin Səudiyyə Ərəbistanının köməyi ilə “dərin bataqlıqda batmaqdan” xilas olduğunu deyib.
Qeyd edək ki, Amerika prezidenti bundan əvvəl də rəsmi Ər-Riyadın İsrail məsələsində Vaşinqtona çox kömək etdiyini bildirmişdi.