23 Noyabr 2018 21:47
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) izləməsi nəticəsində Türkiyədə müəyyən edilən virtual uşaq istismarçısı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şübhəlini türk polisi həbs edib.

Samsun Universitetində oxuyan tələbə haqqında məlumatları türk tərəfinə FTB çatdırıb. Türk polisi isə hərəkətə keçərək adı açıqlanmayan şəxsi Samsunun Canik səmtində tutub. Onun evində axtarış aparılıb, kompüter və digər rəqəmsal mallara əl qoyulub.

Prokurorluqda ifadəsi alınan şübhəli daha sonra məhkəmə qarşısına çıxarılaraq polis nəzarəti altında sərbəst buraxılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər