Sənədsiz silahla baş verən cinayətlərin artması səbəbi ilə İstanbul polisi internet üzərindən silah satan şəbəkəni zərərsizləşdirmək üçün 60 ünvana basqın edib.
Teleqraf.com xəbər verir ki, tutulan 48 nəfər arasında 7 şübhəli şəbəkə üzvü olduğu bildirilir.
Ələ keçirilən silahlarla cinayət törədilib-törədilmədiyi araşdırılır.
Qeyd edək ki, məsələnin kökündə internetdən silah satan şəbəkə dayanaır. Onlar sosila media hesablarında “Kirayə götür, istifadə et, qaytar”, “Silahın ən yaxşısı bizdə”, “Nə silah axtarsan bizdə var”, “Müştəri istəsə, tank belə taparıq” kimi məzmunda elanlar veriblər.