Moskvanın şimalında köhnə biznes mərkəzinin söküntüsü zamanı gözlənilməz hadisə baş verib.
Axar.az xəbər verir ki, Moskvanın Krasnaya Sosna küçəsində aparılan söküntü zamanı bina yola dağılıb.
Binanın yola dağılması zamanı yoldan keçən avtomobillərdən heç birinə ziyan dəyməyib.
Qeyd edək ki, sökülən biznes mərkəzinin adının “Severyanin” olduğu bildirilib. Onun yerində yaşayış kompleksinin tikintisi nəzərdə tutulub.