24 Noyabr 2018 13:12
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı hakim Ədalət və İnkişaf Partiyası ilə qurulmuş “Cümhur İttifaqı”nın fəaliyyətinin davam edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, MHP lideri partiya üzvləri qarşısında çıxışında hökumət-müxalifət koalisiyasının ölkənin təhlükəsizliyi üçün vacib olduğunu bildirib.

O, “Cümhur İttifaqı”nı Türkiyənin “təhlükəsizlik zirehi” adlandırıb:

“Yeni siyasi sistemin saxlanılması üçün, “Cümhur İttifaqı”nın heç bir problem olmadan yoluna davam etməsi milli təhlükəsizliyimiz baxımından məcburidir. Çünki bu ittifaq Türkiyənin təhlükəsizlik zirehidir.

Qarşıdan gələn bələdiyyə seçkilərinin gözlədiyimiz nəticələrlə yekunlaşması ən böyük arzumuzdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər