Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində Məhərrəm İncəni namizəd kimi göstərməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə türk jurnalist Nagihan Alçı çıxış edib.
“CHP kulislərindəki bomba” adlı məqaləsində Alçı Kılıçdaroğlunun özünə rəqib saydığı İncəni İstanbul bələdiyyəsinin başçısı görmək istəmədini yazır:
“Kılıçdaroğlu hesab edir ki, İncənin namizədliyini dəstəkləsə, bu onun üçün böyük təbliğat olacaq. Məhərrəm İncənin özü də CHP liderinin onun namizədliyinə isti baxmadığını bilir. Buna görə, “İstanbulu itirdilər” deyir”.
Nagihan Alçı baş nazirin keçmiş müavini Əbdüllətif Şənərin Kamal Kılıçdaroğlunun namizədi ola biləcəyini istisna etmir:
“Təxminən 10 gün əvvəl Əbdüllətif Şənər Kamal Kılçdaroğlunun yanına getdi. O, Kıldaroğlunun yanına keçmiş prezident Abdullah Gülün tapşırığı ilə gəldiyini, CHP-nin namizədi olarsa, müxtəlif dini camaatlar və təriqələr də daxil olmaqla, geniş seçici kütləsindən səs ala biləcəyini dedi.
Lakin CHP lideri onun namizədliyinin dəstəkləyəcəkmi? Buna dair hələlik bir işarə yoxdur”.