24 Noyabr 2018 17:45
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İrana tətbiq etdiyi geniş sanksiyalar nəticəsində Almaniyanın Hamburq şəhərində İran Milli Bankının yerli şöbəsinin internet və telefon xətti kəsilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzeti məlumat yayıb.

Bildirilir ki, İran Milli Bankı göstərilən xidmətin haqqını bir yerdə ödəsə də, bankın interneti və telefonu naməlum səbəbə görə tamamilə dayandırılıb.

Almaniyanın internet və telefon xidməti göstərən ən böyük şirkəti – “Telecom” bəyanat yayaraq bildirib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalarına görə, İran Milli Bankı beynəlxalq bank sistemi şəbəkəsi vasitəsilə göstərilən xidmət haqlarını ödəyə bilmir.

Qeyd edək ki, noyabrın 5-dən etibarən ABŞ-ın İrana qarşı geniş miqyaslı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanıb. Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib ki, sanksiyaların yeni mərhələsində İranın 700-dən çox fiziki və hüquqi şəxsinin adı sanksiya siyahısına salınıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər