25 Noyabr 2018 00:30
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə 20 ildir kömür mədənində işləyən Keyt Villiams soy ağacını araşdırarkən ağlasığmaz faktla qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, araşdırma nəticəsində o, Malayziyanın 33-cü sultanı İdris İsgəndər əl-Mutavakkil Əlallahi şahın oğlu olduğunu öyrənib.

Həqiqəti bilincə 66 yaşlı Keyt ailəsi ilə münasibət qurmağa çalışdığını, amma soyuq qarşılandığını söyləyib. Taxta çıxmağa həvəs göstərməyən Keyt atasının mütləq ona miras buraxa biləcəyini düşünür.

Qeyd edək ki, İngiltərədə oxuyan zaman Əlallahi Şahla Keytin anası Roza qısa müddətli münasibəti olub. 17 yaşlı Roza dünyaya oğlan gətirib.


Müəllif: Aytən

Oxşar xəbərlər