25 Noyabr 2018 00:45
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa paytaxtının mərkəzində polislə etirazçılar arasında toqquşma baş verib.

Axar.az xəbər verir ki, “Sarı jiletlər” adlı hərəkat Paris şəhərində kütləvi etiraz aksiyaları keçirir. Yanacağın qiymətinin bahalaşmasına qarşı çıxan etirazçılar Prezident Emmanuel Makronun istefasını tələb ediblər.

Polis etiraz aksiyaları üçün bağlı olan “Həmrəylik” meydanına yaxınlaşan aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Nümayişlər səbəbindən Paris metrosunun 7 mərkəzi stansiyası və Eyfel qülləsi bağlanıb.

Qeyd edək ki, Fransada yanvarın 1-dən etibarən benzinin litrinin qiyməti 2,9 avrosent, dizel yanacağının litrinin qiyməti isə 6,5 avrosent artırılacaq. Bununla yanaşı, təkcə bu il dizel yanacağının qiyməti təxminən 23 faiz, benzinin qiyməti isə 15 faiz bahalaşmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər