25 Noyabr 2018 11:25
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Körfəz ölkələrindən biri Suriyanın Deyr əz-Zor bölgəsindəki qarşıdurmalarda PKK/YPG terror təşkilatını dəstəkləmək məqsədilə hərbi konvoy göndərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Suriya İnsan Haqları təşkilatının rəhbəri Rami Əbdürrəhman məlumat verib.

Konvoyun hansı ərəb ölkəsindən göndərildiyi bəlli olmasa da Rami Əbdürrəhman qeyd edib ki, həmin ölkə böyük ehtimalla Körfəz ölkəsidir.

Onun sözlərinə görə, artıq kərbi konvoy Deyr əz-Zor yaxınlığında yerləşdirilib.

Qeyd edək ki, PKK/YPG terror təşkilatının Suriyada İŞİD-lə silahlı qarşıdurması davam edir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər