1982-ci ilin iyun ayında 56 nəfər miqrantı daşıyan Livan gəmisinin batırılması hadisəsi ilə əlaqədar yayım qadağası 36 ildən sonra ləğv edilib.
Teleqraf.com xəbər verir ki, qadağanın aradan qaldırılmasından sonra İsrail telekanalları hadisə ilə bağlı ilginc materialları yayımlayıb.
İsrail Hərbi Donanmasına məxsus sualtı gəminin Livanın Trablus limanından Kiprə miqrant aparan gəmini 2 torpedo ilə vuraraq batırdığı və 25 nəfərin ölümünə səbəb olduğu bildirilib.
İsrail sualtı gəmisinin bölgədə patrul xidmətlərini həyata keçirən gəmilər və Suriya gəmilərini batırmaq missiyasını həyata keçirdiyi də iddialar arasında yer alıb.
İsrail Hərbi Dəniz Qüvvələrinin məsələ ilə əlaqədar yaydığı bəyanatda isə bildirilib ki, bu, bir əməliyyat vaxtı səhvən baş vermiş hadisədir:
“Hadisə müharibə cinayəti deyil və hansısa formada müdaxilə deyil. Cinayət işinin açılmasına ehtiyac yoxdur”.