İraqda iki gündür yağan aramsız yağışların nəticəsində ölənlərin sayı 16-ya yüksəlib.
Teleqraf.com "Anadolu"ya istinadla xəbər verir ki, İraq Səhiyyə Nazirliyinin sözçüsü Seyf əl Bədr təkcə Vasıt vilayətində selin daha 6 nəfərin həyatına son qoyduğunu açıqlayıb.
Səhiyyə Nazirliyi ötən gün Səlahəddin vilayətində 5, Zi Karda 2, Bəsrə, Meysan və Vasıt vilayətlərinin hər birində bir nəfərin həlak olduğunu bəyan etmişdi.
Aramsız yağışların bu gün də davam edəcəyi gözlənilir.