Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) ABŞ-dakı səfiri Yusif Uteybe Dubayda zifayət təşkil edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ziyafətdə BƏƏ şahzadəsi Məhəmməd bin Zayid ən-Nahyan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bir araya gəlib.
Şam yeməyindən sonra yaxtada əyləncəli gecə təşkil olunub.
Gecədə Səudiyyənin sabiq kəşfiyyat şefi Turki əl-Faysal da iştirak edib.
Sosial şəbəkələrdə yayılan fotoşəkillərdən maneken və modellərin qatıldığı əyləncəli proqramda BƏƏ şahzadəsinin çətinliklə ayaq üstə dayandığı məlum olub.