25 Noyabr 2018 14:50
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdəbil əyalətində yerləşən “Heyran gədiyi” ərazisini Gilan əyalətinin ərazisi kimi göstərməklə bağlı cəhdlər davam edir.

Teleqraf.com xəbər verir ki, İranın 3-cü telekanalında “Qalib ol” adı ilə keçirilən bir yarışmada “Heyran gədiyi”nin Ərdəbil əyalətinə aid olmadığını dolayı yolla göstərməyə çalışıblar. Belə ki, aparıcılar test sualı kimi yarış iştirakçılarından “Heyran gədiyi” İranın hansı əyalətində yerləşir?” deyə soruşublar. Dörd seçimli sualın cavabında Gilan, Şərqi Azərbaycan, Kirmanşah və Həmədan qeyd olunub.

Cavabda Ərdəbil əyaləti seçiminə yer verilməyib və bununla da duzgün cavab Gilan əyalətindən ibarət olub.

Güneyə bağlı saytlar bildirir ki, bu təhrif adı bir yanlışlıq deyil, “Heyran gədiyi” məqsədyönlü şəkildə Gilan əyalətinin ərazisi kimi göstərilib.

İran Teleradio Şirkəti ötən aylarda yayımladığı bir sənədli filmdə də Ərdəbilin “Heyran gədiyi”ni “Gilanın heyranı” adı ilə təqdim etmişdi.

Teleradio şirkətinin Azərbaycana qarşı mövqeyi azərbaycanlı internet istifadəçilərinin etirazı ilə qarşılanıb. Lakin Ərdəbil və Astaranın millət vəkilləri bu təhrifə səssiz qalıblar.

Gilan əyalətinin “Baran” telekanalı da oxşar təhrifə yol verərək “Heyran gədiyi”nin Gilan əyalətinə aid olduğunu nümayiş etdirib.

Qeyd olunur ki, müxtəlif rəsmi orqanların “Heyran gədiyi”ni Gilan əyalətinin ərazisi kimi göstərməsi hökumətin gizli göstərişi ilə baş verir. Bütün azərbaycanlılar, xüsusilə Ərdəbil əhalisi sistemli şəkildə həyata keçirilən plana dəfələrlə öz etirazlarını bildiriblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər