Hindistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus hündürlüyü 12 metr olan körpüdən çaya düşüb.
Bildirilir ki, ölkənin şimalında baş verən qəzada 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.