26 Noyabr 2018 11:46
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan prezident seçkilərinin ikinci turunda keçmiş prezident Mixail Saakaşvilinin yaxın silahdaşı, müxalif koalisiyanın namizədi Qriqol Vaşadzenin qalib gəlmə şansı yüksəkdir. Qərb ölkələri də Vaşadzeni dəstəkləyir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Saakaşvili Qərbdə dəstək verdiyi Vaşadzenin lobbiçiliyini həyata keçirir:

“Bu situasiyada hakimiyyətin namizədi Salome Zurabişvilini yalnız seçkilərin nəticələrinə müdaxilə ilə qalib etmək mümkündür. Gürcülər İvanaşvili sistemindən narazıdır. Çünki bu illər ərzində gözləntinin əksinə olaraq, İvanaşvili xalqın sosial-iqtisadi problemlərini həll etmək yerinə, öz hakimiyyətini gücləndirməklə məşğul oldu. Digər yandan, parlamentə də təzyiqlər edir. Xalq bunun fərqində olduğu üçün yenidən Saakaşvili və komandasını hakimiyyətdə görmək istəyir.

Gürcülər indi də o fikirdədirlər ki, Saakaşviliyə qədər Gürcüstan dövləti yox idi, Saakaşvili dövləti yaratdı, ölkəyə demokrtiya gətirdi. İvanaşvili isə gəldi dövlətin sütunlarını, demokratiyanı dağıtdı. Bu baxımdan hesab edirəm ki, bu seçkilər Gürcüstanın siyasi həyatında önəmli olacaq”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Qriqol Vaşadze seçilərsə, xalqın dəstəyinə arxalanıb Bidzina İvanaşvili sistemini siyasi səhnədən uzaqlaşdırmağa çalışacaq:

“O, növbədənkənar parlament seçkilərinə gedərək, ölkəni yeni hakimiyyətin formalaşmasına aparacaq. Təbii ki, bundan sonra Saakaşvili yenidən Gürcüstana dönə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər