26 Noyabr 2018 13:16
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın True Finns (Perussuomalaiset) Partiyasının gənclər qanadının ənənəvi payız konqresində Rusiyaya qarşı ərazi iddiası irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, partiya SSRİ dönəmində Rusiyaya ilhaq edilmiş Kareliya bölgəsinin Finlandiyaya qaytarılmasını tələb edib.

Partiyanın gənclər qanadının nümayəndələri Finlandiya dövlətini Rusiyaya ilhaq edilmiş torpaqları geri qaytarmaq və 1939-cu il sərhədlərini bərpa etmək üçün Moskvaya rəsmi tələb ünvanlamağa çağırıb.

İddiaya görə, bu, Finlandiyada yaşayan rusdilli əhalinin ölkədən çıxarılmasına dair gedən çoxsaylı müzakirələrdən biridir.

Tələb artıq ölkənin Müdafiə Nazirliyinə təqdim edilib.

Fin partiyasının rəsmi Helsinki və ölkənin hərbi strukturlarına ünvanladığı müraciəti Rusiya KİV-də yeni iddialara yol açıb.

Mənbələr Finlandiyada yaşayan rusdilli əhalinin müdafiəsi adı altında Rusiyanın bu ölkəyə müdaxiləsini istisna etmir:

“Bu, tələb Rusiya Prezidenti Vladimir Putinin maraqlarına uyğun ola bilər. Tezliklə finlandiyalı ruslar müdafiəyə ehtiyaclarının olduğu haqda Putinə müraciət edə bilərlər.

Digər yandan, gələcəkdə rus təbliğatının tərkib hissəsi olan bu tələbin Finlandiyanın Kareliya ilə əlaqədar müəyyən planlarının olduğu şübhəsini gündəmə gətirməsi mümkündür. Ehtimal edilə bilər ki, Finlandiya Böyük Finlandiya yaratmaq üçün bir layihə hazırlayır, buna görə də Rusiya həmişə həssas və silahlı olmalıdır.

Məsələn, Finlandiya, Şərqi Kareliya, İngermanlandiya, Estoniya, Şimali Norveç və İsveç kimi ölkələrdə yaşayan fin-uqrik xalqlarını Böyük Finlandiya adı altında birləşdirmək fikri hələ 19-cu əsrdə ortaya çıxıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər