Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının cəsədinin Yalovada bir villada dəfn edildiyi bildirilir.
Teleqraf.com xəbər verir ki, türk polisi iddia ilə əlaqədar Yalovanın Samanlı kəndində araşdırmaya başlayıb.
Yalova valisi Müəmmar Ərol mediada yayılmış məlumatı təsdiq edib və polisin Qaşıqçının cəsədini Samanlıda axtardığını bildirib.
Villanın isə Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın dostu olan bir iş adamına aid olduğu və illərdir orada heç kəsin qalmadığı diqqətə çatdırılıb.
Xüsusi təyinatlı polis qüvvələri ərazidə yerləşən bütün yaşayış evlərində axtarışları davam etdirir.