ABŞ-da yaşayan erməni əsilli model Kim Kardaşyan və məşhur pop müğənnisi Şer (Şerlin Sərkisyan) Ermənistana gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Kardaşyan məlumat verib.
Kardaşyan Şerlin Sərkisyanla birlikdə ABŞ-da Ermənistan üçün bir sıra işlər gördüyünü bildirib.
Şer isə son zamanlarda Ermənistanda pis hadisələrin baş verdiyini bildirib və buna görə də, köklərinin bağlı olduğu ölkəyə gəlmək istədiyini deyib.
Ermənistan KİV səfər çərçivəsində məşhurların Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini də gəzəcəklərini istisna etmir.
Qeyd edək ki, Kim Kardaşyan sonuncu dəfə Ermənistanda 2015-ci, Şerlin Sərkisyan isə 1993-cü ildə olub.