Keçən ilin sentyabr ayında Fransanın Marsel şəhərində evlənən Acun Ilıcalı ilə Şeyma Subaşı rəsmən boşanıb.
Teleqraf.com xəbər verir ki, mətbuata sızan bu iddianı Acun Ilıcalı təsdiqləyib.
Sinem Umaş iddia edib ki, cütlük xəyanət ucbatından boşanır:
“Şeyma Subaşı bir neçə ay əvvəl Çağatay Ulusoyla bir klubda əylənib. Sonra isə Çağatayın evinə gedib. Bunu jurnalistlər kamera ilə çəkmişdilər. Acun bu xəbərin yayımlanmasına icazə vermədi. Amma mən də niyə boşanmırlar deyə çaşıb qalmışdım. Acun da o dövrdə Defne Samyelinin qızına Londonda ev almışdı”.