26 Noyabr 2018 22:05
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Jens Stoltenberq Ukrayna gəmilərini və hərbçilərini saxlayan Rusiyaya xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, baş katibə görə, Rusiya saxladığı Ukrayna gəmilərini və hərbçilərini dərhal sərbəst buraxmalıdır: "Rusiya hərəkətlərinin qarşılığının olacağını anlamalıdır. NATO-nun bütün üzvləri Ukraynaya tam dəstək verir".

Qeyd edək ki, Rusiya noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər