Bu həyasızcasına edilmiş hücum beynəlxalq cəmiyyət tərəfindən pislənməli və heç vaxt qəbul edilməməlidir.
Bu açıqlama ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli çıxış edib.
Heyli Rusiyanın Ukraynanın Kerç boğazından qanuni keçmək haqqı olan gəmilərə müdaxiləsinin beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.
Qeyd edək ki, Rusiya ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.