27 Noyabr 2018 00:23
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının yerli vaxtla saat 16:00-da (bakı vaxtı ilə 18:00) başlayan və Prezident Poroşenkonun ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı fərmanının müzakirəsinə həsr edilən fövqəladə toplantısı başa çatıb.

Uzun müzakirələrdən sonra Prezident Poroşenkonun fərmanı müəyyən redaktələrlə təsdiqlənib. Belə ki, Ukraynada hərbi vəziyyətin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı əsasında fərmanda əks olunduğu kimi, 60 gün deyil, 30 günlük elan olunması qəbul edilib.

Həmçinin qərarda xüsusi olaraq vurğulanıb ki, prezident seçkilərinin vaxtı qətiyyən dəyişdirilməyəcək, 31 mart 2019-cu ildə keçiriləcək.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər