27 Noyabr 2018 11:40
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın müdafiə naziri general Cim Mattis və Dövlət katibi Mayk Pompoe Konqresdə Camal Qaşıqçı cinayəti haqqında brifinq verəcək.

Teleqraf.com xəbər verir ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilən Camal Qaşıqçı cinayəti ilə bağlı ABŞ-da yeni hərəkətlənmə müşahidə olunur.

Respublikaçılar Partiyasından olan senator Cohn Corny deyib ki, ölkənin müdafiə və xarici işlər nazirləri Konqresə gələrək Camal Qaşıqçı cinayəti haqqında Amerika qanunvericilərinə məlumat verəcək, habelə onlara veriləcək sualları cavablandıracaq.

Nazirlərin Konqresə bu gün, saat 17:00-da gələcəkləri gözlənilir.

Xatırladaq ki, Qaşıqçı cinayətindən dərhal sonra ABŞ prezidenti Tramp elan edib ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı dəstəkləyir və onun bu cinayətlə əlaqəsi yoxdur. Bu bəyanat isə ABŞ Konqresində ciddi narahatlıqla qarşılanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər