27 Noyabr 2018 12:40
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya texnologiya milyarderi, “Alibaba”nın qurucusu Cek Ma Çin Kommunist Partiyasının üzvü imiş.

Teleqraf.com xəbər verir ki, Çin Kommunist Partiyasının mətbuat orqanı Cek Manın partiyanın üzvü olduğu haqda sosial şəbəkələrdə yayılan informasiyaların həqiqət olduğunu elan edib.

Qeyd edək ki, Cek Ma 1999-cu ildə 100 min dollarlıq sərmayə ilə “Alibaba” şirkətinin əsasını qoyub. Şirkətin bu gün ABŞ, Hindistan, İngiltərə və Cənubi Koreya da daxil olmaqla bir çox ölkələrdə 30 mindən çox əməkdaşı, 10 mindən çox ortağı var. 3,5 milyondan çox şirkətin fəaliyyət göstərdiyi “Alibaba” onlayın alış-veriş şəbəkəsinin illik dövriyyəsi isə 100 milyard dolları çoxdan keçib.


Müəllif: Cavad

Oxşar xəbərlər