Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtonu Rusiyanın Ukraynadakı diplomatik missiyaları qarşısında keçirilən aksiyalarda iştirak edən yetirmələrini cilovlamağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin “Feysbuk” səhifəsində yerləşdirilən məlumatda deyilir.
Səfirlik bildirib ki, mütəmadi olaraq aqressiya ilə üzləşən Kiyevdəki səfirliklə və Rusiyanın Ukraynadakı baş konsulluqları ilə həmrəydir: “Rusiya Federasiyası ABŞ-ı Ukraynadakı radikal millətçilərin və neonasistlərin qudurğanlığına son qoymağa çağırır”.
Xatırladaq ki, Azov dənizində baş vermiş insidentlə əlaqədar olaraq bazar günü axşamdan etibarən Rusiyanın Kiyevdəki səfirliyinin, Lvov və Xarkovdakı Baş Konsulluğunun binası qarşısında aksiyalar keçirilir.