27 Noyabr 2018 16:08
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya gəmiləri arasında Kerç boğazında baş verən insidentə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, o, qeyd edib ki, necə olur-olsun bu vəziyyət onları (Qərb liderlərini-red.) qane etmir.

Domald Tramp, həmçinin, mövcud vəziyyətin tezliklə həllini tapacağına ümid etdiyini bildirib. ABŞ Prezidenti Avropa liderləri ilə birgə Rusiya-Ukrayna böhranının həlli üzərində işlədiyini vurğulayıb.

Qeyd edək ki, Donald Trampın açıqlamasından bir qədər öncə Ukrayna Ali Radası ölkənin bəzi regionlarında hərbi vəziyyət rejiminin tətbiq edilməsinin lehinə səs verib. Təklifi 276 deputat dəstəkləyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər