25 Avqust 2014 21:16
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Anders Foq Rasmussen bu qurumun Gürcüstanın Abxaziya bölgəsində keçirilən "prezident seçkiləri"nin nəticələrini tanımadığını bildirib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Alyansın Brüsseldəki mənzil-qərargahının yaydığı bəyanatda bildirilir.

"NATO avqustun 24-də Gürcüstanın Abxaziya bölgəsində keçirilən seçkiləri tanımır. Bu seçkilər Gürcüstanda vəziyyətin sülh yolu ilə sabitləşməsinə uyğun deyil. NATO-nun müttəfiqləri Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini müstəqil dövlət kimi tanımır", - bəyanatda deyilir.

Nihad


Müəllif: