Türkiyə Müdafiə Sənayesi Rəhbərliyinin təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə həyata keçirilən layihələr çərçivəsində “Kirpi 2” zirehli döyüş maşınlarını təhvil alıb.
Teleqraf.com Türkiyə KIV-ə istinadla məlumat verir ki, bu nəqliyyat vasitələri şəxsi heyətin, silah-sursatın etibarlı və mobil daşınması üçün əvəzsizdir.
Bu döyüş maşınları klassik hərbi əməliyyatlarla yanaşı, terorrizmlə mübarizədə, sülhü dəstəkləmə və sərhədlərə hərbçilərin anında çatdırılması məqsədilə hazırlanıb.
Qeyd edək ki, sözügedən zirehli maşınlar 375 at gücündə mühərrikə, yüksək hərəkət və manevr imkanlarına, məsafədən silah idarəetmə funksiyasına, infraqırmızı xəbərdarlıq sisteminə, yanğınsöndürmə və hədəf yerini müəyyənetmə kompleksinə malikdir.
Bu maşınlar, həmçinin zəruri hallarda digər təyinatlar üzrə, məsələn, tibbi təminatla bağlı da istifadə edilə bilir.