Rusiya Müdafiə Nazirliyi Qara dənizdə baş verən Rusiya-Ukrayna gərginliyindən sonra Krımda “S-400” zenit-raket sistemlərinin yerləşdirilməsi haqda qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
Yeri gəlmişkən, xatırladaq ki, bu ilin mart ayında NATO baş katibinin müavini Rouz Getemüller açıqlamasında bildirmişdi ki, “S-400” zenit-raket kompleksləri faydasızdır, belə ki, onlar Alyansın raket əleyhinə müdafiə sistemləri ilə inteqrasiya etmirlər.