28 Noyabr 2018 13:21
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın prezidentlərin oğullarının hərbi xidmətdə olmadıqları ilə bağlı fikirləri etiraza səbəb olub.

Teleqraf.com xəbər verir ki, Paşinyan Alaverdi rayonunda keçirdiyi mitinqdə Ermənistan rəhbərlərinin övladlarının hərbi xidmətdə olmadığını iddia edib.

Ermənistan rəhbəri çıxışında deyib:

“Mən oğlu Qarabağda xidmət edən yeganə Ermənistan lideriyəm. Ermənistan və Qarabağa rəhbərlik edən şəxslərin isə oğulları nə Ermənistanda, nə də Qarabağda xidmət edib”.

Nikol Paşinyanın fikirləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların etirazına səbəb olub.

Separatçıların nümayəndəsi David Babayan Ermənistan baş nazirini səsləndirdiyi fikirləri sübut etməyə çağırıb.

Qarabağdakı separatçıların başçısı Bako Saakyanın “hərbi nümayəndəsi” Tiqran Abramyan isə Paşinyanın oğlunun hərbi xidmətdə olub-olmadığının şübhəli olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər