Ukrayna Prezidenti Petro Poroşenko Rusiya ilə müharibə təhlükəsi qarşısında qaldığı üçün ölkədə fövqaladə vəziyyət rejimi elan etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, prezident ölkəsinin təhdid altında olduğunu bildirib.
Ukrayna sərhədləri yaxınlığında Rusiyanın hərbi kontingentinin artmasını təsdiqləyən Poroşenko deyib:
“Kimsənin bunu əyləncə və oyun olduğunu düşünməsini istəmirəm. Ukrayna Rusiya ilə müharibə təhlükəsi qarşısındadır”.
Rusiyada nəşr olunan “İzvestiya” qəzeti isə ABŞ-ın Ukraynada hərbi baza qurmağa hazırlaşdığını bildirb.
Qəzet bununla bağlı rəsmi Kiyev və Vaşinqton arasında anlaşmanın əldə edildiyini bildirib.
Qeyd edək ki, Rusiya hərbçiləri Azov dənizində Ukrayna gəmilərinə atəş açıb. Hadisə tərəflər arasındakı gərginliyi artırıb.