Rusiya Prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon görüşündə Kerç boğazında baş vermiş hadisəni müzakirə edib.
Teleqraf.com xəbər verir ki, Putin Ərdoğana Rusiya ilə baş verən qarşıdurmaya görə Ukrayna tərəfinin məsuliyyət daşıdığını bildirib.
Tərəflər Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə ediblər.
Qeyd edək ki, noyabrın 26-da Rusiya hərbçiləri Kerç boğazında (Azov dənizi) Ukrayna gəmilərinə atəş açıb. Rusiyalı hərbçilərin bu addımı tərəflər arasındakı gərginliyi artırıb.