28 Noyabr 2018 14:53
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda bəluc əsilli sünni ruhani lider Mövləvi Əbdülqafur Camalzehi naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, hadisə Gülüstan əyalətinin Nəzərabad kəndində baş verib.

Sübh namazını qılmaq üçün evindən çıxıb məscidə gedən Camalzadeh motosiklet sürən iki naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində qətlə yetirilib.

İki ayağından və kürəyindən 4 güllə yarası alan 61 yaşlı ruhani hadisə yerində ölüb.

Hələlik hər hansı bir şəxs və ya qrup hücumun məsuliyyətini öz üzərinə götürməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər