29 Noyabr 2018 09:19
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın intellektual zəkaya malik simaları sırasında ilk yeri tutan Albert Eynşteynin oğlu Eduard Eynşteyn ömrünü ruhi xəstələr dispanserində keçirməli olub.

Teleqraf.com xatırladır ki, Eduard Eynşteyn məşhur alimin birinci həyat yoldaşı Mileva Maricdən doğulan iki oğlundan biridir.

Ancaq Maric və Eynşteyn bir müddət sonra boşanırlar. Bu hadisə Eduardın psixikasına mənfi təsir edir və o şizofreniya xəstəliyinə düçar olur.

Uzun illər psixiatriya dispanserində qalan Eduardın müalicəsi o dərəcədə ağır olub ki, ömrünün son illərində danışmağı belə unudub.

Erkən yaşda vəfat edən Eduard atası Albert Eynşteyni heç vaxt bağışlamayacağını deyirmiş.

Səbəb isə onlardan ayrıldıqdan sonra Almaniyaya köçən atasının bir daha geri qayıtmaması idi.

“Eduardı görmək, ölmək deməkdir” məşhur ifadəsini işlədən Albert Eynşteyn dünyada böyük elm adamı olmasına baxmayaraq, oğlunun qəlbində sağalmaz yara olaraq qalıb.


Müəllif: Cavad

Oxşar xəbərlər