Braziliyanın Kaskavel şəhərində yerləşən cəzaçəkmə müəsisəsində qanlı iğtişaşlar yaşanıb.
ANS PRESS-in məlumatına görə, ortaya çıxan gərginlik nəticəsində 2 məhbusun başı kəsilib. Başqa məhbusu isə həbsxananın damından aşağı buraxıblar.
Həmin şəxsin də keçindiyi bildirilir. Hərbi polis rəsmisinin verdiyi məlumata görə, insident səhər yeməyi zamanı bir qrup məhbusun həbsxana işçisini girov götürməsindən sonra başlayıb.
Sonra məhbuslar daha 2 keşikçini tutub. Məhbuslar eyni zamanda, bəzi əşyalara və həbsxana əmlakına od vurublar.
Qeyd edək ki, əslində 928 nəfər üçün nəzərdə tutulmuş Kaskavel cəzaçəkmə müəssisəsində mindən çox məhbus saxlanılır.
Həbsxanada üsyanın baş verməsinə nəyin səbəb olduğu hələ araşdırılır.