28 Noyabr 2018 22:53
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Exit-poll nəticələrinə görə Gürcüstandakı prezident seçkisində öndə olan hakim partiyanın namizədi Salome Zurabaşvili ilk çıxışını edib.

Teleqraf.com xəbər verir ki, o, prezident olaraq bütün siyasi tərəfləri müdafiə edəcəyini bildirib.

Exit-poll nəticələrinə görə, 58 faiz səs toplayan xanım namizəd “Bütün Gürcüstanı salamlayıram. Hər kəsə təşəkkür edirəm. Bu gün olduqca vacib gündür. Ölkəmizdə prinsipial seçki keçirilib. Bizim seçimiziz sülh şəraitindəki, hüquqlarımızın olduğu, azad Gürcüstandır. Mənim seçimim mənə səs verməyən kəsimlə dialoqdur", deyə vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər