Əfqanıstanın paytaxtı Kabildə özəl təhlükəsizlik şirkətinə bombalı hücum edilib.
Teleqraf.com xəbər verir ki, hücum nəticəsində 10 nəfər ölüb, 19 nəfər yaralanıb.
Kamikadze üzərindəki partlayıcı maddələrlə birlikdə özəl təhlükəsizlik şirkətinin binasına daxil olub. Partlayış da bu zaman baş verib.
Taliban terror təşkilatı olayın məsuliyyətini üzərinə götürüb.
Hazırda ərazidə polislə terrorçular arasında silahlı atışma davam edir.