Bir müddət əvvəl həyat yoldaşı Okan Kurtdan borclarına görə boşanan müğənni Demet Akalın yenidən onunla bir araya gəlib.
Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, cütlük barışıb.
Bu haqda cütlüyün qızı Hiran instaqram səhifəsində sevincini bölüşüb.
O, sosial media hesabının hekayə hissəsində "Anam və atam istirahətə gedir. İndi hava limanındadırlar" sözləri yazılıb.
Cütlüyün Parisə istirahətə yollandıqları deyilir.
Deyilənə görə, onlar həqiqətən boşansalar da insanlar buna inanmırdı və sadəcə saxta ayrılıq olduğunu iddia edirdilər.