26 Avqust 2014 08:28
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, yeni parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Administrasiyasının Facebook səhifəsində bildirilir.


Bundan əvvəl Pyotr Poroşenko Ali Radanın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ilə bağlı qərar verib.


Dövlət başçısı müvafiq qərar Ukrayna Konstitusiyasının 90-cı maddəsinə tam uyğun olaraq verilib.


“İctimai fikrin sorğusu göstərir ki, vətəndaşların 80 faizi növbədənkənar seçkilərin keçirilməsini dəstəkləyir”, deyə Poroşenko qeyd edib.


Müəllif:

Oxşar xəbərlər