“Türkiyə öz qoşunlarını Suriya ərazisindən tamamilə çıxarmalıdır, əks təqdirdə başqa tədbirlər görüləcək.”
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib.
“Əgər Türkiyə hakimiyyəti həqiqətən də Suriyaya kömək etmək istəyirsə, onda öz qoşunlarını Suriya ərazisindən çıxarmalıdır. Əgər Suriya hökuməti diplomatik yollarla türk qoşunlarının ölkə ərazisini tərk etməsinə nail olmazsa, onda başqa tədbirlər görüləcək”, – deyə Cəfəri Ankaraya xəbərdarlıq edib.
O, əlavə edib ki, türk qoşunları ilə yanaşı, Suriyadakı ABŞ və Fransa qüvvələri də ölkəni tərk etməlidirlər.