Gürcüstanın yeni Prezidenti Salome Zurabişvili sələfi Mixail Saakaşviliyə vətəndaşlığın verilib-verilməməsi məsələsinə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bunun şübhəli olduğunu bildirib.
Salome Zurabişvili deyib ki, Gürcüstanda Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb və bu səbəbdən ona vətəndaşlığın verilməsi mümkün olmaya bilər:
“O bu gün polis və hərbi qüvvələri Gürcüstanda sabitliyi pozmağa çağıran bir əcnəbidir. Bu ölkədə sabitliyi pozmağa ehtiyac yoxdur. Seçicilər – gələcəyi Avropada görən insanlar öz səslərini verib hər şeyi müəyyən etdilər”.