ABŞ Prezidenti Donald Tramp argentinalı həmkarı Maurisio Marki ilə salamlaşma nitqinin sinxron tərcüməsindən narazı qalıb.
Teleqraf.com xəbər verir ki, Buenos-Ayresdəki prezident iqamətgahından canlı yayılmış videodan da bunu görmək olar.
D.Tramp qeyd edib ki, o, özü Argentina prezidentini daha yaxşı başa düşür, nəinki onun çıxışının interpretasiyasını.
“Ancaq hər şey qaydasındadır”, – deyə o, sinxron tərcümə avadanlığını döşəməyə ataraq bildirib. Sonra dövlət başçısı nitqini təmkinlə davam etdirib.
Ancaq “Tvitter” istifadəçiləri bildiriblər ki, günah D.Trampın özündə olub. Belə ki, o, avadanlığı düzgün tutmayıb.
Qeyd edək ki, ABŞ Prezidenti 30 noyabr-1 dekabr tarixlərində keçirilən “Böyük iyirmilik” sammitində iştirak etmək üçün Buenos-Ayresdə səfərdədir.