30 Noyabr 2018 18:39
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa və Böyük Britaniya Kerç boğazında baş vermiş insidentlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüsü ilə çıxış ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə Brüsseldəki diplomatik mənbə bildirib.

Məlumata görə, bu addımı İsveç və Baltikyanı ölkələr də dəstəkləyib.

Qeyd olunur ki, noyabrın 28-də “Welt” qəzeti Avropa İttifaqındakı mənbəsinə istinadən Berlin və Parisin məlum böhranla əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif etdiklərini yazıb.

Fransa Xarici İşlər Nazirliyi bu informasiyanı şərh etməkdən yayınıb.

Az sonra mənbə bu məlumatı “RİA Novosti”yə təsdiqləyib. Bildirilib ki, çərşənbə günü səsləndirilən bu bəyanatın razılaşdırılması 3 gün ərzində həyata keçirilib.

Bununla belə, Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert insidentin Rusiya və Avropa İttifaqının ən mühüm əməkdaşlıq layihəsi olan “Şimal axını-2” layihəsinə aidiyyəti olmayacağını bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər