1 Dekabr 2018 00:57
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp hələ də rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, o, Moskva və Kiyevin ukraynalı dənizçilərin saxlanılması ilə bağlı problemi həll edəcəklərinə ümidvar olduğunu bildirib.

“Baş verənlər xoşumuza gəlmir. Buna sevinmirik, heç kim buna sevinmir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Tramp Kerç boğazındakı insidentə dair hesabatla tanış olduqdan sonra Putinlə G-20 sammiti çərçivəsində nəzərdə tutulan görüşü ləğv etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər