1 Dekabr 2018 19:12
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın liderlik etdiyi anti-İŞİD koalisiyası Suriyanın Deyr əz-Zor bölgəsində bir kənddə həyata keçirdiyi əməliyyatda 30 nəfərdən çox mülki insan həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, koalisiya qüvvələri Deyr əz-Zorun Əl-Şəfa kəndinə hava hücumu təşkil edib.

Hücum nəticəsində 30 kənd sakininin öldüyü, çox sayda yaralının olduğu açıqlanıb. Məlumata görə, həlak olanların əksəriyyəti qadın və uşaqlardır.

Əlavə edək ki, koalisiyanın bundan əvvəl Hacində keçirdiyi əməliyyatda 6 mülki şəxs həyatını itirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər