2 Dekabr 2018 01:35
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdəki hadisələrdən məsul olan şəxslər cəzalandırılacaq.

Bunu Fransa Prezidenti Emmanuel Makron G20 sammitində keçirdiyi mətbuat konfransı zamanı deyib. Şiddət göstərən şəxslərin məqsədinin xaos yaratmaq olduğunu söyləyən Makron ölkəsinə qayıdan kimi nazirlərlə bu məsələ ilə bağlı iclas keçirəcəyini bildirib:

“Heç vaxt şiddəti qəbul etməyəcəyəm, amma qanuni tələbləri müzakirə etməyə hazıram”.

Makron zirvə çərçivəsində Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla görüşündən və müxalif jurnalist Camal Qaşıqçının qətli barədə söhbət etməsindən də danışıb:

“Məhəmməd bin Salmana “hamımız Qaşıqçı cinayəti ilə bağlı detalların aydınlaşdırılmasını istəyirik” dedim. Qaşıqçı cinayəti ilə bağlı aparılan istintaqa beynəlxalq mütəxəssislərin də cəlb edilməsini istədim. O da bunu diqqətə aldı”,- Makron söyləyib.

Qeyd edək ki, Parisdə benzinin qiymətinin bahalaşmasına görə etiraz aksiyaları keçirilir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər